hidayetov.
← Bütün işlər

2025 · Open Source alət

haitask — AI ilə Jira tapşırıq generatoru

Git commitlərindən avtomatik Jira tapşırığı yaradan AI aləti: dəyişiklikləri oxuyur, aydın başlıq və təsvir yazır.

Node.jsAI APIJira APIGit
haitask — AI ilə Jira tapşırıq generatoru

Layihə haqqında

Komanda daxilində hər gün eyni problem: commit yazılıb, amma Jira tapşırığı ya boşdur, ya da 2 cümlədən ibarətdir. haitask Git tarixçəsini oxuyur və AI ilə hazır Jira tapşırığı yaradır — başlıq, təsvir və qəbul meyarları ilə.

Əsas funksiyalar

  • Diff analizi — commitdəki dəyişiklikləri oxuyub mahiyyəti çıxarır
  • Aydın tapşırıq mətni — başlıq + təsvir + qəbul meyarları
  • Jira inteqrasiyası — bir əmrlə birbaşa layihəyə tapşırıq açır
  • Konvensiya dəstəyi — conventional commits formatını başa düşür

Nəticə

Gündəlik rutin avtomatlaşdı: task yazmağa sərf olunan vaxt dəqiqələrə endi, tapşırıq keyfiyyəti sabitləşdi. Kod GitHub-da açıqdır.